ABŞ səfiri üçün Şuşanın tarda ifa olunan kodu | Mübariz Əhmədoğlunun yazısı

   ABŞ səfiri üçün Şuşanın tarda ifa olunan kodu    | Mübariz Əhmədoğlunun yazısı
  07 May 2024    Oxunub:1241
ABŞ səfirinin Şuşaya getməzdən öncə verdiyi açıqlamalar Azərbaycan cəmiyyətini qeyzləndirmişdi. Mark Libbi özünü elə aparırdı ki, sanki erməni ağzından qaçıb gələn o deyil. Ermənipərəst konqresmenlər onun təyinatını bir il yubatmışdılar. İndi isə onu özü Azərbaycanın əleyhinə ermənipərəst konqresmenlər kimi danışırdı.
Libbinin Şuşaya səfərdən boyun qaçırarkən verdiyi bəyanat tamamilə əsasız idi. Hətta ermənipərəst konqresmenlər də Azərbaycanın əleyhinə danışanda vurğunu Şuşanın üzərində qoymurlar. Ermənilərin özünün də təhtəlşüurunda Şuşa Azərbaycan şəhəridir.

Bunun çox sadə bir misalını yada salaq. Tar - şərqdə və Mərkəzi Asiyada geniş yayılmış musiqi alətlərindən biridir. Bu alət İran-Azərbaycan arealının məhsuludur, bütün vacib təkmilləşdirmələri də bu bölgədə baş verib. Şuşa tarın ikinci vətəndir; İran tarı ilə Azərbaycan tarı məhz Şuşada ayrılıb. Şuşalı Xarrat Qulu tarın simlərinin sayını artırıb, onu dizin üstündən sinəyə qaldırıb. Halbuki, İran tarı indiyə qədər diz üstündə çalınır.

Maraqlıdır ki, ermənilər bu gün tarı iranlılar kimi deyil, məhz azərbaycanlılar kimi, yəni sinə üstündə çalırlar. Bu, erməni təhtəşüurunda Şuşanın Azərbaycana məxsusluğu istiqamətində olan onlarla tutarlı arqumentdən biridir və səfirin bu diqqətinə çatdırılmalıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: Şuşa   ABŞ   Tar   Mark-Libbi  





Xəbər lenti